22/10/2017 00:12

Yeni KF-X döyüş təyyarəsinin son konfiqurasiya detalları hazırlanır

“Korea Aerospace Industries” (KAI) şirkəti KF-X yeni döyüş təyyarəsinin tam ölçülü maket-konstruksiyasını 17-22 oktyabr tarixlərində Cənubi Koreyanın paytaxtı Seulda keçirilən ADEX sərgisində nümayiş etdirir.

Bu barədə “AzeriDefence” “Janes”ə istinadən məlumat verib.

KAI mütəxəssisləri KF-X döyüş təyyarəsinin son konfiqurasiya detallarının müəyyənləşdirmə prosesində olduğunu deyib.

KAI şirkətindən verilən məlumata görə, təyyarənin iki mühərrikli konfiqurasiyası artıq seçilib və 2018-ci ilin iyun ayında ilkin dizayn baxışından keçiriləcək. Təyyarənin ilk prototipi 2022-ci ildə hazır olacaq. 2026-cı ildə isə KF-X-in silahlanmaya qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, KF-X təyyarəsinin yaradılması layihəsi Cənubi Koreya ilə İndoneziya tərəfindən birgə həyata keçirilir.