28/02/2017 15:33

Yeni qanadlı aviaraket 3 min km-dən artıq məsafədə hədəfi vuracaq – FOTO

Rusiyada uzaqmənzilli qanadlı aviasiya raketinin yaradılmasına başlanılıb.

“AzeriDefence”nin məlumatına görə, istehsalçı qurum olan Rusiyanın Dövlət Aviasiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, akademik Yevqeniy Fedosov bildirib ki, qanadlı raket uzaqmənzilli strateji Tu-162M2 təyyarəsi üçün yaradılır.

Onun sözlərinə görə, hazırda bu təyyarə üzərində olan Х-101 raketinin uçuş məsafəsi 3 min km-dir. Yeni raketin uçuş məsafəsi isə daha çox olacaq.

Yevqeniy Fedosov deyib ki, Tu-162M2-yə bu tip uzaqmənzilli qanadlı raketin yaradılmasında məqsəd aviasiya vasitəsinin düşmən ərazisinə girmədən, onun hava hücumundan müdafiə sistemi ilə qarşılaşmadan əraziyə raket zərbəsi endirməkdir.