17/03/2017 13:10

Yeni zenit-raket kompleksi silahlanmaya qəbul edilib – FOTO

Rusiya müdafiə sənayesi kompleksinin yeni məhsulu olan “Tor-M2U” zenit-raket kompleksi ordunun silahlanmasına qəbul olunub.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, kompleks silahlı qüvvələrin Qərb hərbi dairəsinin istismarına verilib.

Həştərxan vilayəti ərazisində həyata keçirilən təlimdən sonra “Tor-M2U” Moskva ətrafı ərazidə döyüş növbəsinə qəbul olunacaq.

Xatırladaq ki, “Tor-M2U” yaxın məsafədə döyüş aparılması üçün çox məqsədli mobil zenit-raket kompleksidir.