13/05/2015 17:09

Yüklərin hədəfə atılması üçün yeni paraşüt

Türkiyənin “Uçman Havacılık” şirkəti yüklərin təyin edilmiş nöqtələrə dəqiqliklə endirilməsi üçün “Kuzğun-150” adlı yeni karqo paraşütü sistemi hazırlayıb.“AzeriDefence”nin məlumatına görə, İDEF-2015 sərgisində nümayiş etdirilən sistem barədə məlumat verən şirkətin rəhbəri Cem Mələkoğlunun sözlərinə görə, “Kuzğun-150” adlı komandalı karqo paraşüt sistemi isə fərqli ölçüdəki yüklərin təyyarədən atıldıqdan sonra istənilən bölgəyə təhlükəsiz şəkildə çatdırılması üçündür. Sistem onunla bərabər tullanan personal tərəfindən havadan və ya başqa əsgər tərəfindən yerdən xüsusi hazırlanmış pultla komanda edilir. Davamlı paraşütü sayəsində yükü təhlükəsiz endirməyi bacarır.

Şirkət rəhbərinin sözlərinə görə, tələbə uyğun olaraq köhnə model personal paraşütləri ilə də uyğunlaşdırıla bilir.

Sərgidə təqdim olunan “Kuzğun-150”nin yük götürmə qabiliyyəti 150 kq, sistemin özünün ağırlığı isə 30 kq təşkil edib. Bu sistem maksimum 15000 fut, minimum 1500 fut yüksəklikdən atıla bilir və dəqiqliyi 4 metrədəkdir. Bu sistemin birinin qiyməti 10 min USD civarındadır.