20/01/2012 10:40

Zabitlərin mənzil təminatı ilə bağlı qanunvericiliyə əlavələr ediləcək

Azərbaycanda 20 təqvim ili və daha çox Silahlı Qüvvələrdə qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət hesabına mənzillə təminatına dair bir sıra qanunvericilik aktlarına əlavələr ediləcək. Bu barədə ADN-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsindən məlumat verilib.

Artıq bununla bağlı hökumət tərəfindən bəzi təkliflər hazırlanır. Həmin təkliflərin nədən ibarət olduğu açıqlanmasa da, layihənin parlamentin yaz sessisı ərəfəsində Milli Məclisdə müzakirəyə təqdim olunması gözlənilir.

Azərbaycan prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» fərmanı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Qeyd edək ki, yanvarın 11-də Maliyyə Nazirliyində Azərbaycan prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» fərmanı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, komissiyanın növbəti iclasının fevral ayının ilk dekadasında keçirilməsi planlaşdırılır.