22/12/2012 13:15

Zabrat Hava Limanında uçuşların təhlükəsizliyi yeni sistemlər qurulub

Azərbaycanın Zabrat Hava Limanında İFR (İnstrumental Flight Rules) uçuşlarının 24/7 saat rejimində həyata keçirmək məqsədilə işlər aparılıb. Bu barədə “AzeriDefence”yə Silk Way Helicopters şirkətindən məlumat verilib.

Hava limanında Almaniyanın “BAN 2000 GmbH” şirkəti tərəfindən AGL (Airfield Ground Lighting) Uçuş-Enmə zolağının işiqlandırma sisteminin qurulması uğurla başa çatdırılıb. Həmçinin NDB (Non Directional Beacon) quraşdırılaraq NDB-DME və GPS yaxınlaşma sisteminin tətbiqi həyata keçirilib. Quraşdırılan sistem tam olaraq beynəlxalq standartlara və tövsiyələrə uyğun aparılıb. Bu uçuşların təhlükəsiz həyata keçirilməsi məqsədi daşıyır.

Geyd edək ki, hazırda “BAN 2000 GmbH” şirkətinin texnologiyaları Azərbaycanın Bakı, Gəncə, Naxçıvan, Lənkəran və Zaqatala hava limanlarında da tətbiq olunur.