20/06/2018 11:22

Zakir Həsənov: Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır

Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadirdir.

“AzeriDefence”nin məlumatına görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə söhbətində deyib.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubleyi münasibəti ilə xalqımızı təbrik edən Müdafiə naziri Ali Baş Komandan İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.

Müdafiə naziri hərbi hissələrdə yerinə yetirilən fəaliyətlər, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər, qarşıda duran vəsifə və tapşırıq barədə media nümayəndələrinin suallarını da cavablandırıb.