18/06/2019 14:23

Zakir Həsənov: Azərbaycan Ordusunun şəxsi heyətinin 80 faizi peşəkarlardır

Azərbaycan Ordusunun şəxsi heyətinin 80 faizini peşəkar heyət təşkil edir.

“AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycan Ordusunda döyüş qabiliyyətini müəyyən edən vəzifələrdə profesionallar xidmət edirlər.

“Tankların, zirehli döyüş maşınların, artilleriya vasitələrinin, gəmilərin, hava hücumundan müdafiə texnikalarının heyətləri, sürücülər müqavilə əsasında orduda xidmət edirlər. Artıq onlar öz sahələrində kifayət qədər peşəkardırlar. Müddətli hərbi xidmət keçən əsgrlər isə yalnız atıcı vəzifələrində xidmət edirlər”, – deyə nazir vurğulayıb.

Müdafiə naziri onu da qeyd edib ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Keçirilən təlimlər də məhz buna hesablanıb.