30/03/2018 22:46

Zakir Həsənov “Bayraktar” PUA-larının istehsal edildiyi şirkətdə – FOTOLAR

Türkiyədə səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov “Baykar Makina” şirkətinin pilotsuz uçuş aparatları (PUA) istehsalı zavodunda olub.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Baykar Makina” şirkəti sosial media hesabında xəbər paylaşıb.

Zakir Həsənova müəssisədə istehsal olunan “Bayraktar TB2” taktik PUA-ların taktiki-texniki imkanları barədə məlumat verilib.

Qeyd edək ki, “Bayraktar TB2” taktik PUA-larının silahlı versiyası iki ildir Türkiyə Silahlı Qüvvələrinin istifadəsindədir. Son olaraq “Zeytun budağı” əməliyyatında PUA PKK/PYD terrorçularının mövqelərinin aşkarlanması və məhv edilməsində geniş istifadə edilib. “Bayraktar TB2” ROKETSAN şirkətinin istehsal etdiyi MAM-L tipli idarəolunan raketlərlə silahlandırılıb.