27/11/2018 15:40

Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı ilə görüşüb

Noyabrın 27-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə regional hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.