10/10/2017 22:11

Zakir Həsənov Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri ilə görüşüb – FOTO

Belarusda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 9-da Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalev ilə görüşüb.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin rəsmi saytına istinadən məlumat verib.

Görüşdə tərəflər Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib, sıx qarşılıqlı əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti həmçinin Belarusun müdafiə sənaye sektorunun müəssisələrinə baş çəkərək istehsal olunan silah və hərbi texnikaların müasir və perspektivli nümunələriylə tanış olublar.