16/08/2019 12:58

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri, həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək.

Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.