29/03/2019 21:30

Zakir Həsənov BMT Baş katibinin köməkçisi ilə görüşüb

ABŞ-a işgüzar səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 29-da BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azeri Defence”yə verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, həmçinin sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib və hərbi qulluqçularımızın sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri müzakirə olunub.