09/07/2019 16:59

Zakir Həsənov BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycanda fəaliyyəti başa çatan bu ölkədəki nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Müdafiə Nazirliyi ilə BQXK arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, cəbhəboyu zonada yerləşən hərbi hissələrin şəxsi heyətinin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi üzrə həyata keçirilən fəaliyyətlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində Azərbaycanla beynəlxalq təşkilat arasında əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəmədiyinə görə xanım E.Sesseraya təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.