27/04/2018 18:18

Zakir Həsənov Çin Mərkəzi Hərbi Şurasının sədri ilə görüşüb

Pekində rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Su Çilian ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Cənubi Qafqazda və Şərqi Asiyada regional təhlükəsizlik məsələləri, Azərbaycan ilə Çin arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Mərkəzi Hərbi Şura Çində silahlı qüvvələrin ali idarəedici orqanıdır. Şuraya Çin Xalq Respubikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpin rəhbərlik edir.