26/09/2018 16:09

Zakir Həsənov Çinin “Poly Technologies” korporasiyasının nümayəndələri ilə görüşüb

Sentyabrın 26-də ADEX 2018 sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Çinin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” korporasiyasının vitse-prezidenti Liu Jianminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə regional təhlükəsizlik və Azərbaycan ilə Çin arasında hərbi sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.