10/05/2018 00:21

Zakir Həsənov “Efes-2018” təlimini izlədi – FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin İzmir şəhərində “Efes-2018” təliminin yüksək səviyyəli müşahidəçilər günündə iştirak edir.

Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.

Bu günkü təlimi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akarla birgə təlimə qatılan ölkələrin müdafiə nazirləri və baş qərargah rəisləri də izləyiblər.

Təlim çərçivəsində Xüsusi Təyinatlı qüvvələr, SAS və SAT qrupları dənizdən və havadan əraziyıə çıxarılmaqla şərti düşmən hədəflərini uğurla zərərsizləşdiriblər. Planlaşdırılan hədəflər gerçək döyüş sursatlarından istifadə edilməklə, HHQ təyyarələri və zərbə helikopterləri, həmçinin tank əleyhinə raketlər, digər yerüstü və dəniz atəş sistemləri ilə tam dəqiqliklə məhv edilib. Xüsusi təyinatlı bölmələr tərəfindən döyüş sahəsində axtarış-xilasetmə fəaliyyətləri icra olunub. Qarşı tərəfin hava hücumu zenith-raket komplekslərinin atışları ilə əngəllənib, bu fəaliyyətlərə koordinasiya olunuş şəkildə hava hücumları və amfibiya əməliyyatları uğurla icra edilərək planlanan ilk hədəflər ələ keçirilib.

Qeyd edək ki, təlimdə Azərbaycan Ordusunun 100-dən çox hərbi qulluqçusu da iştirak edir.