08/05/2018 16:25

Zakir Həsənov “Efes-2018” təlimini izləyəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə keçirilən “Efes-2018” beynəlxalq təlimii izləyəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, müdafiə naziri Z. Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 9-da İzmir şəhərinə yola düşəcək.

Aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak edir.