10/05/2018 20:05

Zakir Həsənov “Efes-2018” təlimlərinin İdarəetmə Mərkəzində olub

Türkiyədə səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 10-da İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə “Doğanbey” poliqonunda yaradılmış Təlim İdarəetmə Mərkəzini ziyarət edib.