29/03/2018 13:41

Zakir Həsənov Ərdoğanla görüşdü

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ilə görüşüb.

“AzeriDefence”nin məlumatına görə bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Türkiyənin müdafiə naziri Nurəddin Canikli də iştirak edib.