18/06/2019 10:33

Zakir Həsənov: HDQ-nin yeni gəmilərlə təchizatı sahəsində yeniliklər gözlənilir

Yaxın vaxtlarda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yeni gəmilərlə təchizatı sahəsində yeniliklər gözlənilir.

“AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərlə görüşündə Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

Nazir qeyd edib ki, bu gün HDQ-nin gücləndirilməsi prioritelər sırasındadır. Bununla bağlı Avropanın və dünyanın aparıcı şirktləri ilə danışıqlar aparılır.

“Bu gün HDQ-miz Xəzər dənizinin Azərbaycana aid hissəsinə tam nəzarət edir. Xəzər dənizində biz dost ölkələrlə sərhədik və heç bir təhlükə görmürük”.