20/06/2018 16:29

Zakir Həsənov: Helikopterlərimiz 50 kilometrədək atış uzaqlığına malik silahlarla təchiz olunub

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi texnika parkı modernizə edilir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Nazir qeyd edib ki, Hərbi Hava Qüvvələrinin helikopterləri müasirləşdirilib və bu texnikaların üzərinə görüş dairəsindən kənarda – böyük uzaqlıqda hədəfləri məhv etməyə imkan verən silahlar qurulub: “Aprel döyüşlərinin nəticələrini də təhlil edərək bu sahədə müəyyən yeniliklər ettdik. Bu gün helikopterlərimizin üzərində yer alan NLOS silahlar 10 kilometrdən 50 km-dək məsafədə hədəfləri vurmağa imkan verir. Müqayisə üçün deyim ki, daşınan ZRK-nin hədəfi məhvetmə uzaqlığı maksimum 6 kilometrdir. Bizim helikopterlər düşmənin hava hücumundan müdafiə zonasına girmədən onu məhv etməyə qadirdir”.

Zakir Həsənov Türkiyə şirkətinin iştirakı ilə HHQ-nin Su-25 döyüş təyyarələrinin bir qisminin modernizə edildiyini, bir qisminin isə yaxın vaxtlarda modernizə olunacağını bildirib.