20/06/2018 11:26

Zakir Həsənov hərbçilərə xüsusi tapşırıqlar verdi – VİDEO

“Hər zaman vəzifəli şəxslərə demişəm, sizə də deyirəm şablondan uzaq olun”.

“AzeriDefence”nin məlumatına görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr ilə keşirilən zəhra məşğələləri zamanı hərbçilərlə görüşündə deyib.

“Həmişə düşmənin hərəkətini, fəaliyyətini və niyyətini bilin. Onların niyyətinə, hərəkətinə görə qısa bir müddətdə qərar qəbul edilməlidir. Bunu birinci gündən çalışın ki, öyrənib, bacarıb tədbiq edəsiniz. Döyüşü planlaşdıraraq hücuma keçəndə və ya müdafiə olunanda vəziyyət dərhal dəyişə bilir. Bu vəziyyətə həmişə hazır olmalı, düzgün qərar qəbul etməli və bunu vəsifənizin lazımınca yerinə yetirlməsinə yönəltməlisiniz”.

Nazir qeyd edib ki, artıq 5 ildir Heydər Əliyev adına AAHM-nin kursantlarının dərsləri poliqonlarda praktiki olaraq döyüş şəraitinə uyğunlaşdırılmış şərtlərdə keçirilir. Bu da onların peşəkərlaşmasına və praktiki təcrübə qazanmalarına kömək edir.