16/04/2017 14:44

Zakir Həsənov İran müdafiə sənayesi kompleksinin istehsal etdiyi məhsullarla tanış olub – FOTO

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 16-da Tehranda bu ölkənin müdafiə sənayesinin nailiyyətləri sərgisində olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.

Sərgi ilə tanışlıqdan sonra Z.Həsənov “Xatirə kitabı”nı imzalayıb.