26/05/2016 00:10

Zakir Həsənov İspaniyanın “İndra Systems” şirkətində olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniyaya səfəri çərçivəsində bu ölkənin Silahlı Qüvvələri tərkibində fəaliyyət göstərən UME birləşməsini və “İndra Systems” şirkətini ziyarət edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri UME-nın fəaliyyətini əks etdirən təqdimatı izləyib və Məlumat Mərkəzi ilə tanış olub. Bildirilib ki, bu mərkəzə İspaniya və dünyada baş verən böhran hadisələri haqqında məlumat daxil olur və fəaliyyətlər barədə məlumatlar buradan izlənilir.

Azərbaycan nümayəndə heyəti Madriddə fəaliyyət göstərən “İndra Systems” şirkətində də olub. Məlumat verilib ki, “İndra Systems” müxtəlif sahələr üzrə texnoloji həllər təklif edən şirkət olaraq nəqliyyat, daşımalar, energetika, istehsal, dövlət qurumları, maliyyə, təhlükəsizlik və müdafiə, kütləvi informasiya vasitələri istiqamətində fəaliyyət göstərir.