24/05/2016 17:04

Zakir Həsənov İspaniyaya gedib

Azərbaycan müdafiə nazirinin İspaniyaya rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzəriDefence”yə verilən məlumata görə, mayın 24-dən müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniyaya rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində İspaniyanın müdafiə və xarici işlər nazirləri ilə görüşlərin keçirilməsi, eləcə də hərbi hissə və hərbi sənaye kompleksinə daxil olan şirkətlərin ziyarət olunması nəzərdə tutulur.

Səfər mayın 26-dək davam edəcək.