12/09/2017 11:40

Zakir Həsənov İsraildə Milli Qəhrəman Albert Aqarunovun qardaşı ilə görüşüb

İsraildə səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşüb.

“AzeriDefence”nin məlumatına görə, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov sentyabrln 11-də Facebook səhifəsində Z. Həsənovla görüşün fotosunu paylaşıb.

Qeyd edək ki, yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı A. Aqarunov 1969-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. Qarabağ uğrunda döyüşlərə könüllü qatılan A. Aqarunov Şuşa şəhəri uğrunda döyüşlərdə düşmənin çox sayda canlı qüvvəsini məhv edib. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankını ilk atəşdə ekipajı ilə birlikdə məhv edib. Özü də həmin döyüşdə qəhrəmanlıq göstərərək şəhid olub.