11/09/2017 11:15

Zakir Həsənov İsrailə səfər edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə səfər edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin Müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, bu Azərbaycanın müdafiə naziri postunda Zakir Həsənovun İsrailə ilk səfəridir.