12/10/2017 13:30

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Oktyabrın 12-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirlərinin görüşündə hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.