12/10/2018 15:59

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Oktyabrın 12-də Özbəkistanın Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib. İclasdan Müdafiə nazirləri cari hərbi əməkdaşlıq və qarşıda duran məsələləri müzakirə ediblər.