31/05/2017 14:15

Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb

Mayın 31-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Türkiyənın İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi, diviziya generalı Erhan Uzun ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın NATO ilə əməkdaşlığı, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə, təhlükəsizlik məsələləri, regionda baş verən hərbi-siyasi proseslər və digər mövzular ilə bağlı müzakirələr aparılıb.

Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar bu ölkədə səfərdə olan E.Uzun Azərbaycan Silahlı Qüvvələrin NATO və tərəfdaş dövlətlərlə uzlaşma səylərini, həmçinin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb.