27/09/2016 19:59

Zakir Həsənov Rusiyanın Kosmik Qüvvələr komandanı ilə görüşüb

Azərbaycan müdafiə naziri Rusiya Hava Kosmik Qüvvələr komandanı ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ADEX 2016 – 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Hava Kosmik Qüvvələr komandanı, general-polkovnik Viktor Bondarevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.