23/06/2017 18:11

Zakir Həsənov: Silahlı Qüvvələr bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir

Azərbaycan Silahlı Qüvvələri bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir.

“AzeriDefence”nin məlumatına görə, bunu Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışı mərasimində bildirib.

Z.Həsənov qeyd edib ki, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən islahatlar ordunun gücünü daha da artırır. Ordunun silah, döyüş vasitələri və hərbi təyinatlı məhsullarla təchizatının yüksək səviyyədə olduğunu deyən nazir hərbi təhsil sisteminin gücləndirilməsi ilə bağlı tədbirlər görüldüyünü bildirib.

“Minlərlə hərbçinin mənzil-məişət şəraiti yaxşılaşıb, yeni hərbi hissələr yaradılıb. Görülən işlərin nəticəsidir ki, ordumuz 2016-cı ilin aprelində düşmən üzərində qələbəni təmin edib, işğal edilən torpaqlarımızın bir hissəsi azad olunub. Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”, – deyə Z. Həsənov vurğulayıb.