18/06/2019 14:42

Zakir Həsənov: Tonoyan, Kardaşyan hamısı eyni şeydir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın azərbaycanlı əsgərin öldürülməsi əmrini verməsinə münasibət bildirib.

“AzeriDefence”nin məlumatına görə, Zakir Həsənov bildirib ki, Tonoyanın bəyanatı ucuz siyasi xal toplamaq üçündür. Tonoyan öz ordularında olan problemləri aradan qaldırmaq yerinə boş bəyanatlar ssəsləndirir, siyasi xal toplamağa çalışır:

“Mən onun səviyyəsinə düşmək istəmirəm, o yalan danışır, özünü nümayiş etdirir. Onlar cavablarını bir neçə qat artıq aldılar. Üstündən bir neçə gün keçəndən sonra etiraf edəcəklər”, – deyə nazir qeyd edib.

Zakir Həsənov ermənilərin hədəf dairəsinə düşməsi barədə Ermənistan mediasında yer alan məlumatlara münasibət bildirib.

Nazirin sözlərin görə, ermənilər guya Beyləqana səfər edərkən ermənilərin hədəfinə düşdüyünü deyirlər: “Beyləqanda Şuşa ilə bağlı flaşmob keçirilirdi. Mən və müavinlərim o flaşmobda iştirak etmişəm. Həmin yer erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub: Həmin tədbir ön xətdən 35 km uzaqlıqda olub. Ermənilərin heç 35 kilometr məsafədə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?! Bir də ki, bu Qriqoryandır, Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir. Bunların səviyyəsi də eynidir”.