31/05/2016 10:01

Zakir Həsənov Türkiyədə səfərdədir

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İzmir şəhərində keçirilən “Efes-2016” beynəlxalq təlimlərin yekun mərhələsində iştirak etmək üçün mayın 30-dan Türkiyədə səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzəriDefence”yə verilən məlumata görə, səfər çərçivəsində Z. Həsənov yüksək səviyyəli müşahidəçilərlə birgə təlim idarəetmə mərkəzi və silah sərgisində olub.

Məlumat üçün bildirək ki, 9 ölkənin (Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə) qatıldığı “Efes-2016” beynəlxalq təlimlərində Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət heyəti də iştirak edir.