26/06/2018 17:18

Zakir Həsənov Türkiyənin müdafiə nazirini təltif edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Nurəddin Caniklini medalla təltif edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə N.Canikli sosial media hesabında yazıb.

Canikli Z. Həsənovun dəvəti ilə Azərbaycanda səfərdə olduğunu və “Türk Yıldızları” aviaqrupunun uçuşlarını izlədiyini yazıb.

Türkiyənin müdafiə nazirinə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı təqdim olunub.

Qeyd edək ki parada qatılan Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyəti “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.