17/05/2017 15:38

Zakir Həsənov Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın Azərbaycana yeni təyin olunan səfiri Teruyuki Katori ilə görüşüb.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.