18/06/2019 10:27

Zakir Həsənov: Yeni silahların alınması davam edir

Azərbaycan Ordusunda 2013-cü ildən həyata keçirilən islahatlar uğurla davam etdirilir.

“AzeriDefence”nin məlumatına görə, bunu jurnalistllərlə görüşündə Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

Zakir Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında hyata keirilən islahatlar çərçivəsində ordunun yeni silah və texnikalarla təchizatı, infrastruktrun yenilənməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində işlər aparılır.

Yei silahlar alındığını deyən müdafiə naziri qeyd edib ki, 2018-ci ildə keçirilən paradlarda yeni silahlar nümayiş etdirilib.

“Bizim qurumun xüsusiyyətləri nəzərə alınaraq bütün silahlar orada nümayiş etdirilmədi”, – Zakir Həsənov qeyd edib.

Zakir Həsənovun sözlərinə görə, yeni silahların alınması üçün müqavilələlər icra olunur.

“Bu il ordunun idarə olunmasının təkmilləşdirilməsi istiqamətində işlər dava etdiriləcək. Müasir komanda-idarəetmə sistemi qurulur. Biz tabora qədər onlayn idarəetmə tətbiqinə nail olmuşuq. İkinci istiqamət kiber təhlükəsizlik sistemləri qurulur. Aparıcı dövlətlərin təcrübəsindən və texnikalarından istifadə edib bu sistemi qurub. Üüncü istiqamətdə radioelektron mübarizə sistemlərinin alınmasıdır. Bu məsələlər 2020-ci ilədək həll olunacaq”, – deyə nazir vurğulayıb.

Nazir bildirib ki, ordunun 85% hərbi şəhərcikləri yenidən qurulub. 2018-ci ildə 5 hərbi şəhərcik istifadəyə verilib. 2019-cu ildə isə 9  hərbi şəhərcik istifadəyə veriləcək.