15/04/2017 16:39

Zakir Həsənovun İrana səfəri başlayıb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasına rəsmi səfəri başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.