28/08/2014 14:24

Zakir Həsənov Rumıniyanın müdafiə naziri ilə görüşüb

Avqustun 27-də Rumıniyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rumıniya milli müdafiə naziri Mirça Duşa tərəfindən təntənəli qarşılanma mərasimi keçirilib. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Geniş tərkibdə baş tutan görüşdə regional təhlükəsizlik, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Müdafiə nazirləri əməkdaşlığın indiki vəziyyətini yüksək qiymətləndirərək Silahlı Qüvvələr arasında yeni imkanların əldə olunması istiqamətində fikir mübadiləsi aparıblar.

Müdafiə nazirinin Rumıniyaya səfəri avqustun 28-də başa çatacaq.