26/12/2013 12:17

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Ankarada səfərdə olan müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Necdət Özəllə görüşüb. Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən məlumat verib.

Baş Qərargaha gələn general-polkovnik Z. Həsənov burada xatirə dəftərini imzalayıb. Daha sonra Z. Həsənov və N. Özəlin görüşü olub.
Görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri müzakirə edilib.