06/03/2018 10:40

Zaqatala sərhəd dəstəsinin yaradılmasının 25-ci ildönümü qeyd edilib

Martın 3-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Dövlət himni oxunduqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkvnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb. Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-mayor Əsgər Xəlilov müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan sərhəd mühafizəsinə ali diqqət və qayğısı sayəsində sərhəd mühafizəsinin ən müasir standartlar səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd edib.

Respublikanın şimal-qərb sərhədlərinin keşiyində dayanan, yarandığı ilk vaxtlar heç bir zəruri sərhəd infrakstrukturuna malik olmayan Zaqatala sərhəd dəstəsinin ötən dövr ərzində böyük inkişaf yolu keçərək formalaşması və dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə etməsi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd mühafizəsinin inkişafı məsələlərinə xüsusi diqqət və qayğı göstərməsi, tez-tez sərhədçilərlə görüşərək onların problemləri ilə maraqlanması, tövsiyə və tapşırıqlarını verməsi böyük iftixar hissi ilə qeyd olunub.